"Eternity - 2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib

post-img

Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə Türkiyə Respublikasının Qars vilayətində təşkil olunan üçtərəfli "Eternity-2025" kompüter dəstəkli komanda qərargah təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib. 

XQ xəbər verir ki, tədbirdə Əlahiddə Ümumqoşun Ordunun komandanı general-mayor Kənan Seyidov, Azərbaycan Respublikasının Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər ölkələrdən olan yüksək səviyyəli qonaqlar iştirak ediblər. 

Yüksək səviyyəli qonaqlar komanda məntəqəsində təlimin gedişatını izləyiblər.

Üçtərəfli "Eternity - 2025" kompüter dəstəkli komanda qərargah təliminin gedişatı və iştirakçı ölkələrin hərbi qulluqçularının peşəkarlığı yüksək qiymətləndirilib.

Sonda təlimdə fərqlənənlərə mükafatlar təqdim olunub.

















Ordu