Prokurorluqların ali missiyası

post-img

Konstitusiya və Suverenlik İli

2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunma­sı hüquqi dövlət quruculuğu prosesində Konstitusiyanın mühüm yerini, onun cəmiyyətin hərtərəfli inkişafında, dövlət suverenliyinin təmin olun­masında oynadığı əvəzsiz rolu bir daha gündəliyə gətirmişdir. Konstitusiya – təkcə hüquqi sənəd deyil, həm də xalqın dövlətçilik iradəsini, milli kim­liyini və ümumbəşəri dəyərlərə sadiqliyini ifadə edən ali hüquqi aktdır. O, dövlətin hüquqi strukturunun təməlini formalaşdırmaqla bərabər, insan hüquq və azadlıqlarının müdafiəsində təməl rolunu oynayır, hüquqi dövlə­tin sütununu təşkil edir.

Azərbaycan Respublikasının Konsti­tusiyası əsasında dövlət hakimiyyəti təşkil olunur, vətəndaşların hüquq və azadlıqları təmin edilir, ictimai münasibətlərin inkişaf istiqamətlərini müəyyənləşdirilir. Hüquqi mexanizmlərin tətbiqi sahəsində Konsti­tusiyanın tənzimləyici rolu bütün dövlət strukturları üçün istiqamətverici çərçivə rolunu oynayır. Bu baxımdan Konstitusiya yalnız hüquq sisteminin deyil, bütövlükdə cəmiyyətin siyasi, iqtisadi, sosial və mənə­vi həyatının tənzimlənməsinin mənbəyidir.

Müasir dövrün çağırışları prokurorluq orqanlarının da fəaliyyətində institusional yanaşmaların təkmilləşdirilməsini, qa­nunçuluğun təmin olunmasında və insan hüquqlarının qorunmasında daha çevik və şəffaf mexanizmlərin tətbiqini zəruri edir. Bu xüsusda Azərbaycan Respublikası Pro­kurorluğunun son illərdə keçdiyi inkişaf yolu, həyata keçirilən struktur və funksional islahatlar, rəqəmsallaşma və innovativ tex­nologiyaların tətbiqi nəticəsində daha çevik və vətəndaş yönümlü idarəetmə modelinin formalaşdırılması ilə səciyyələnir. Xüsusən də bu islahatlar prosesində hüquqi maa­rifləndirmə fəaliyyətinin gücləndirilməsi, vətəndaşların hüquqi biliklərinin artırılması prokurorluq orqanlarının fəaliyyətində əsas strateji istiqamətlərdən biri kimi müəyyən edilmişdir. Bu kontekstdə şəhər və rayon prokurorluqları tərəfindən həyata keçirilən maarifləndirici tədbirlər böyük əhəmiyyət daşıyır. Belə ki, Prokurorluq əməkdaşları­nın tədbirlərdə iştirak edərək Konstitusi­yanın hüquq sistemimiz üçün fundamental əsas yaratması, onun müddəalarının hüquqi şüurun formalaşmasında və hüquq mədə­niyyətinin inkişafında əhəmiyyətinə dair ətraflı məlumat verirlər. Bu istiqamətdə sis­temli fəaliyyət hüquqi savadlılığın artması­na və konstitusion hüquqların daha effektiv müdafiəsinə xidmət edir.

Azərbaycan Respublikasının hüquq sis­teminin əsasında insan və vətəndaş amili dayanır. Dövlətin ali məqsədi kimi vətən­daşların hüquq və azadlıqlarının müdafiəsi, onların ləyaqətli həyat şəraitinin və hüquqi təhlükəsizliyinin təmin olunması əsas pri­oritetlərdən biri kimi müəyyən edilmişdir. Konstitusiya və digər normativ-hüquqi aktlar ilə təsbit olunmuş bu vəzifə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu­nun əsas təməl daşı hesab edilir. Prokuror­luq sistemində aparılan islahatlar və müa­sir dövrün tələblərinə uyğun olaraq tətbiq edilən yeniliklər də prokurorluğun hüquqi dövlətin möhkəmlənməsi və insan hüquq və azadlıqlarının təminində artan rolunu şərtləndirir. Bunun nəticəsi olaraq, pro­kurorluq orqanları ictimai etimadın yüksəl­diyi, qanunçuluğun və ədalətin təminində mühüm dayaqlardan birinə çevrilib.

Əhəmiyyətli məqamlardan biri də odur ki, prokurorluq əməkdaşları ictimai təd­birlərdə ümummilli lider Heydər Əliye­vin Konstitusiyanın hazırlanması və qəbul olunması prosesindəki müstəsna xidmət­ləri barədə ətraflı məlumat verirlər. Qeyd olunur ki, Əsas Qanunumuz bütövlükdə Ümummilli liderin dövlətçilik fəlsəfəsi­ni, azərbaycançılıq ideologiyasını və milli mənəvi dəyərləri əks etdirən təməl sənədi­dir. Təsadüfi deyil ki, Ümummilli liderin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hazır­lanaraq 12 noyabr 1995-ci il tarixdə keçi­rilmiş Referendumla qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitu­siyasında prokurorluğa xüsusi maddə həsr edilib. Dövlət idarəetmə sistemində bu tə­sisatın yeri məhkəmə hakimiyyəti orqanları sırasında müəyyənləşdirilməklə prokuror­luq orqanlarına ilk dəfə olaraq konstitusion status verilib. 

Prokurorluq, insan hüquq və azadlıqla­rının qorunması sahəsində mühüm hüquqi institut kimi çıxış edir. O, yalnız cinayət təqibi və qanunvericiliyə nəzarət funksi­yalarını yerinə yetirən orqan deyil, eyni zamanda hüquq-mühafizə sistemində in­sanların ləyaqətinin, konstitusion hüquqla­rının və ədalətli münasibətlərin təminatçısı rolunda çıxış edir. Prokurorluğun fəaliyyəti hüquqi dövlət prinsiplərinə əsaslanaraq, hər bir fərdin qanun qarşısında bərabərliyinin və hüquqlarının effektiv müdafiəsini təmin etməyə yönəlib.

Digər mühüm fəaliyyət istiqaməti isə ətraf mühitin qorunması sahəsində pro­kurorluğun rolu ilə bağlıdır. Bu istiqamətdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqları, ətraf mühitlə bağlı milli prioritetlər, inkişaf proqramları­nın tələbləri əsas götürülür. 

Qlobal iqlim dəyişikliyi və ekoloji təh­lükələrin artması fonunda bu məsələ müasir dövrün mühüm çağırışlarından birinə çev­rilib.

Prokurorluq orqanları tərəfindən ətraf mühitin mühafizəsinə yönələn hüquq po­zuntularının qarşısının alınması, ekoloji cinayətlərin ifşası və ictimai ekoloji şüurun artırılması istiqamətində mühüm tədbirlər görülür. Ətraf mühitə ziyan vuran fəaliyyət­lərin aşkarlanması və bu sahədə qanun po­zuntularının hüquqi məsuliyyətə cəlb olun­ması təbiətin və insanların sağlam həyat mühitinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Ekoloji qanunvericiliyə əməl olunmasına nəzarətin gücləndirilməsi ekoloji mühitə zərər vuran amillərlə daha effektiv mübarizə aparmağa kömək edir və iqlim dəyişikliyi ilə mübarizə və biomüxtə­lifliyin qorunması üzrə milli səylərdə əsas rol oynayır.

Eyni zamanda Prokurorluq orqanları Konstitusiyada əks olunan ali hüquqi prin­siplərə sadiq qalaraq, dövlət başçısı cənab İlham Əliyevin qanunçuluğun və vətəndaş məmnunluğunun təmin edilməsi, hüquq siyasətinin milli prioritetlərinin həyata ke­çirilməsində qarşıya qoyduğu vəzifələrdən irəli gələrək hüquqi maarifləndirmənin təş­kili, ətraf mühitin qorunmasında mühüm funksional missiyasını uğurla yerinə yetirir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması bu missiyanın əhəmiyyə­tini bir daha ön plana çəkir və dövlətçilik ənənələrinin daha da möhkəmləndirilmə­sinə xidmət edir. 

Mədinə PAŞAYEVA,
Bakı şəhəri Qaradağ rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas

Siyasət