RF: Beynəlxalq qüvvələrin Ukraynaya yerləşdirilməsi bizim üçün təhlükəlidir

post-img

Ukraynada Rusiya sərhədləri yaxınlığında xarici kontingentlərin olması təhlükəlidir, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz bunu - sərhədlərimizə yaxın Ukrayna torpaqlarında beynəlxalq qüvvələrin və ya bəzi xarici qüvvələrin, NATO ölkələri qüvvələrinin olmasını bizim üçün təhlükə kimi görürük”, - Peskov jurnalistlərə deyib.

O əlavə edib ki, avropalı nümayəndələr Ukrayna ərazisinə Avropa qoşunlarını yerləşdirməklə onun təhlükəsizliyini təmin etməkdən danışırlar: “Siz bir ölkənin təhlükəsizliyini digər ölkənin təhlükəsizliyini pozmaqla təmin edə bilməzsiniz. Bu, bizə Ukrayna münaqişəsinin həllinə yaxınlaşmağa kömək etməyəcək”, - Rusiya liderinin mətbuat katibi bildirib.

“Biz NATO-nun düşməniyik. Bu, NATO sənədlərində yazılıb. Biz təhlükəsizliyimizi təmin etmək üçün lazım olan hər şeyi edəcəyik”, - o vurğulayıb.

Peskov bildirib ki, Ukraynada Şimali Koreya qoşunları yoxdur. O, jurnalistlərin Şimali Koreya qoşunlarının Ukrayna üçün təhlükəsi ilə bağlı suallarını cavablandırıb: “Onlar orada (Ukraynada) yerləşdirilməyiblər”.

P.ƏMİRCANOV
XQ

Dünya