ABŞ Rusiya neftinin satışına icazə verib

post-img

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiya Federasiyasına neft və neft məhsullarının satışına icazə verən ümumi lisenziya verib. 

Məlumatı “İnterfaks.ru” verib. 

Agentliyin veb saytında bildirilir ki , OFAC 12 mart 2026-cı il tarixinə qədər gəmilərə yüklənmiş Rusiya mənşəli xam neft və neft məhsullarının tədarükünə və satışına icazə verən 134 saylı Baş Lisenziya verib.

“İstənilən gəmiyə yüklənmiş Rusiya mənşəli xam neft və ya neft məhsullarının satışı, çatdırılması və ya boşaldılması üçün zəruri olan bütün əməliyyatlara ...” icazə verildiyi göstərilir.

Lakin ümumi lisenziya “İran, İran hökuməti və ya İran mənşəli mal və xidmətlərlə əlaqəli hər hansı əməliyyatı və ya fəaliyyəti” qadağan edir.

İcazə 11 aprel 2026-cı il, Şərqi Gündüz Vaxtı ilə saat 00:01-dək etibarlıdır.

P.ƏMİRCANOV
XQ

 

Dünya