Kallas: ABŞ Avropanı bölmək istəyir

post-img

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-ın Avropanı bölmək istədiyini bildirib və Vaşinqtonun Aİ-ni sevmədiyini iddia edib.

Məlumatı RİA Novosti verib. 

“Düşünürəm ki, ABŞ-ın Avropanı bölmək istədiyini hər kəsin açıq şəkildə bilməsi vacibdir. Onlar Avropa İttifaqını sevmirlər”, - deyə o, Britaniyanın “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib.

Kallas əlavə edib ki, ABŞ  Aİ-nin əleyhdarları tərəfindən istifadə edilən taktikalardan istifadə edir.

Qeyd edək ki, 2025-ci ilin dekabr ayında Ağ Ev Avropanı öz müdafiəsi üçün məsuliyyət daşımağa çağıran yeni ABŞ milli təhlükəsizlik strategiyasını dərc edib. Sənəddə bildirilir ki, Ağ Ev Ukraynadakı münaqişə ilə bağlı qeyri-real gözləntiləri olan Avropa rəsmiləri ilə razılaşmır.

P.ƏMİRCANOV
XQ

Dünya