Dövlət Departamenti: Regional əməkdaşlıq imkanlarını artırmaq üçün Azərbaycan və Ermənistanla işləmək niyyətindəyik

post-img

Həm ABŞ, həm də Mərkəzi Asiya ölkələri Trampın Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) və Ermənistanla Azərbaycan arasında davamlı sülhün açdığı yeni imkanlarda maraqlıdır.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat ofisindən AZƏRTAC-ın ABŞ bürosunun Azərbaycanın Mərkəzi Asiya ölkələri-ABŞ əməkdaşlığı formatında (C5+1) iştirakı imkanları ilə bağlı sualına cavabında bildirilib.

Açıqlamada bu yaxınlarda C5+1 regional diplomatik platformasının 10 illik yubileyinin qeyd olunduğu vurğulanıb.

“Vaşinqtonda keçirilən C5+1 görüşləri zamanı biz Ermənistan ilə Azərbaycanın regional əməkdaşlıq, rifah üçün imkanları genişləndirmək səylərini vurğuladıq. Bu imkanları maksimum dərəcədə artırmaq üçün birlikdə işləmək niyyətindəyik”, - deyə açıqlamada qeyd olunur.

Siyasət