Luk Triangi: İşçilərin qorunması ilə bağlı geniş yayılmış tənzimlənmə boşluqları mövcuddur

post-img

İşçilərin qorunması ilə bağlı geniş yayılmış tənzimlənmə boşluqları mövcuddur və həmin boşluqlardan istifadə edərək müəssisələr məsuliyyətdən yayınırlar.

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının Baş katibi Luk Triangi Bakıda keçirilən Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunan “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfransın iştirakçılarına videomütaciətində deyib.

L.Triangi bildirib ki, sözügedən məsələ yalnız platforma işçilərinə deyil, texnologiyanın sahələr üzrə yayıldığı bütün işçi qüvvəsinə "aşağıya doğru yarış" formasında təsir edir.

Sosial həyat