Mərkəzi Elmi Kitabxanada Novruz bayramı qeyd olunub

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Novruz bayramı münasibətilə bayram tədbiri təşkil edilib.

XQ xəbər verir ki, tədbir çərçivəsində xalqımızın qədim ənənələrini özündə əks etdirən İlaxır çərşənbə qeyd olunub, bayramın əsas rəmzlərindən sayılan tonqal qalanıb. Tonqal ətrafında toplaşan kitabxana kollektivi bayram ab-havası içində birlik, bərəkət və yenilənmə rəmzi olan Novruzun gəlişini qeyd edib.

Kollektivi bayram münasibətilə təbrik edən kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov onlara xoş arzularını çatdırıb. O, Novruzun milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.





Sosial həyat