Hacıqabulda qanunsuz narkotik dövriyyəsi təşkil edən saxlanılıb

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 16-da ümumi çəkisi 34,7 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 8,7 ton çəkidə 32085 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları isə əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Rövşən Bağırovu saxlayıblar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ondan 1 kiloqram marixuana və 350 qram heroin aşkarlanıb. R.Bağırov narkotikləri onlayn yolla satmaq niyyəti ilə əldə edib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Sosial həyat