Şəkidə silah və narkotik əməliyyatı

post-img

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən 64 yaşlı Nizami Seyidov saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin şəxsdən 1 ədəd “Kalaşnikov” avtomatı, daraq və 51 ədəd patron, eləcə də aqrotexniki qaydada qulluq edərək yetişdiriyi çətənə kolları aşkarlanıb. 

Davam etdirilən tədbirlərlə N.Seyidovun həmin silahı tanışı Vahid  Həşimov və Pərviz Cabbarovdan əldə etdiyi müəyyən edilib. Onlar da polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim ediliblər. V.Həşimovdan əlavə olaraq torpağa basdıraraq saxladığı 1960 ədəd patron, ov tüfəngi və çətənə kolları aşkarlanıb.

P.ƏMİRCANOV
XQ





Sosial həyat