Ermənistanda dövlət çevrilişi cəhdinə görə 14 nəfər həbs edilib

post-img

Ermənistanda “hakimiyyəti ələ keçirməyə cəhd” maddəsi ilə açılmış cinayət işi çərçivəsində 14 nəfər saxlanılıb. Bu barədə iyunun 25-də respublikanın İstintaq Komitəsinin (İK) mətbuat xidməti məlumat yayıb. Xəbəri “İzvestiya.ru” verib. 

“Müstəntiqin vəsatəti əsasında nəzarət edən prokuror 16 nəfərin barəsində dövlət cinayət təqibinin başlanması barədə qərar qəbul edib. Hazırda müstəntiqin qərarı ilə 14 nəfər saxlanılıb”, - məlumatda deyilir.

Bundan əlavə, 90-dan çox axtarış aparılıb. Bu zamanı dövlət çevrilişi uğurlu olacağı təqdirdə müvafiq icra hakimiyyəti vəzifələrinə təyin edilməli olan şəxslərin siyahısı aşkarlanıb.

Günün əvvəlində Ermənistanın baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarının ölkədə hakimiyyəti ələ keçirmək üçün genişmiqyaslı planın qarşısını aldığını bildirib. Ölkənin İstintaq Komitəsi arxiyepiskopu və müxalifətdəki “Müqəddəs mübarizə” partiyasının lideri Baqrat Qalstanyanı və onun tərəfdarlarını hakimiyyəti ələ keçirmək məqsədi daşıyan terrorizmdə ittiham edib. O saxlanılıb.

P.ƏMİRCANOV
XQ

Sosial həyat