DİN-in mətbuat xidmətinin məlumatı

post-img

İyunun 28-də və 29-da ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 75, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 30 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb.

P.ƏMİRCANOV
XQ

Sosial həyat