Yer üzünün əşrəfi olan insan bütün ona verilən üstünlükləri Tanrının ən böyük qüdrəti sayaraq bu mövqeyinə sadiq qalmaqla mükəlləfdir. İnsanın Tanrıya minnatdarlığı yalnız ibadətlə yekunlaşmır. Xeyirxahlıq, humanist hislər, barış , elm və bu kimi cəhətlər bəşər övladının Allah qarşısında yüksək əməlləri sırasındadır. Bu baxımdan insan həyatını qorumaq xüsusi bir dəyərə və önəmə malikdir. Tarixi araşdırmalar da sübut edib ki, ibtidai tibbi biliklərin, müxtəlif yollarla insan sağlamlığının qorunmasının tarixi elə Allahı dərk, ona ibadətin tarixi ilə eynidir. Məhz bu səbəbdən də dünyagörmüş təbiblər yaşadığı zamanda müqəddəs sayılmış və həmişə uca tutulmuşdur. Tək Şərqin deyil, bütün dünyanın qarşısında baş əydiyi İbn Sinanın Loğman adı ilə yaşadığı dövrdə və ondan sonra bu ucalığı qoruması da bunun sübutudur.
İnsanlığa aid bütün yaxşı əməllər, Tanrıya xoş gedən işlər kimi tibb elmi, təbiblik sənəti də zaman -zaman inkişaf etmişdir. Bu gün həkimlər Allahın yer üzündə xilaskar mələyi kimi tanınır. Belə bir müqəddəsliyi fəth edən ağ xalatlı təbibimiz Bəxtiyar Musayevdir.
İllərdir yorulmadan bütün növ açıq və laparoskopik cərrahi əməliyyatlarını yüksək peşəkarkarlıqla icra edərək insanlara xoşbəxtlik bəxş edir, xalqımıza ləyaqətlə xidmət edir. Bəxtiyar həkimin tibb sahəsində elmi və praktik nailiyyətləri haqqında danışmadan öncə bir məqamı xüsusi olaraq qeyd edək ki, onun ən üstün xüsusiyyəti hər bir pasiyentə ayrıca bir insani qayğı ilə yanaşması, onları öz yaxını və əzizi kimi qəbul etməsidir. Bu baxımdan Bəxtiyar həkim sözün həqiqi mənasında Allahın insanlıq xüsusiyyətlərini, insanı qorumaq kimi müqəddəs bir missiyasını yerinə yetirir. Bu gün müasir tibb də sübut edir ki, bəzən mükəmməl tibbi biliklərlə bərabər xəstəyə qarşı göstərilən insani münasibət, ona olan sevgi müalicənin başlıca şərtlərindən biridir. Cəmiyyətin bütün təbəqələrindən olan insanlar bir həkim kimi ona üz tutarrsa, hamı da ondan razı qalır.
Bu istedadlı insanın son bir neçə illik fəaliyyəti onu bir həkim kimi yox həm də ən mükəmməl xüsusiyyətlərə malik insan kimi minlərlə xəstənin sevimlisinə çevirib. Bəxtiyar həkim məhc bu keyfiyyətlərini özünün elmi bilikləri ilə birləşdirərək bu gün ölkəmizin ən tanınmış təbiblərindən biri, insanların ümid və pənah yeridir. Bəxtiyar həkim bu gün öz sahəsi üzrə tək ölkəmizdə deyil, onun hüdudlarından kənarda da böyük şöhrət qazanmış və həmkarları tərəfindən peşəkarlığı və elmi ilə qəbul edilmişdir. Onun həm nəzəri elmi uğurları, həm də praktik tibbi naliyyətləri məşğul olduğu sahədə birinciliyi təmin edib.
Bəxtiyar həkimin bir alim kimi ölkəmizdə tibb elminin inkişafına verdiyi töhffələrdən danışarkən qeyd etmək lazımdır ki, o, 50-dən çox elmi məqalənin, 1 ixtiranın, 3 səmərələşdirici təklifin və 4 metodik tövsiyənin müəllifidir. Dr.Bəxtiyar Musayev ölkəmizdə endoskopik əməliyyatları ilk icra edən həkimlərdən biri kimi Azərbaycan səhiyyəsində inqilab etməyi bacarıb. İftixarla qeyd etmək yerinə düşər ki, yüksək ixtisaslı bu mütəxəssis soydaşımız 1984-cü ildə Azərbaycanda perkutan endobiliar əməliyyatının ilk icraçısıdır. Qeyri-adi istedada və üstün humanizm keyfiyyətlərinə malik Bəxtiyar Musayevevin ixtirası, elmi yanaşması milli səhiyyə sistemimizin xüsusi bir dəyəri sayıla bilər.
Bəxtiyar həkim həm də uğurlu təşkilatçıdır. Mərkəzi Gömrük Hospitalının rəisi, Tibb xidməti polkovniki Bəxtiyar Musayev 3 ilə yaxındır ki, Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkimi vəzifəsini icra edir. Bu müddət ərzində Mərkəzi Gömrük Hospitalı təkcə ölkəmizin deyil, bütövlükdə regionun aparıcı tibb müəssisələrindən birinə çevrilmişdir. Bu gün Gömrük Hospitalı ən müasir tibbi avadanlıqlar, dərman vasitələri, innovativ laboratoriya avadanlıqları, tibbdə informasiya texnologiyaları və s. ilə təmin edilib.
Qeyd etmək lazımdır ki, Bəxtiyar Musayevin rəhbərlik təcrübəsi yalnız Mərkəzi Gömrük Hospitalı ilə məhdudlaşmır. O, uzun illər ərzində Azərbaycanın bir sıra nüfuzlu özəl tibb müəssisələrində baş həkim kimi fəaliyyət göstərib, hər zaman peşəkar idarəçilik bacarıqları, strateji baxışı və tibbi xidmətin keyfiyyətinə verdiyi önəmlə seçilib. Onun rəhbərliyi altında tətbiq olunan yenilikçi yanaşmalar və inkişaf strategiyaları çalışdığı bütün müəssisələrin uğur qazanmasına və yüksək reputasiya qazanmasına səbəb olub.
Gözəl insan, peşəkar həkim və bacarıqlı rəhbər kimi özünü təsdiq edəb doktor Bəxtiyar Musayev bu gün də bütün bilik və bacarığı ilə insanlığın keşiyindədir. Onun həm həkim, həm səhiyyə təşkilatçısı kimi fəaliyyəti gələcək nəsillərə də örnək olacaq. Allahın ən dəyərli yaradışı olan insanın və onun həyatının keşiyində belə sədaqət və inamla duran şəxsiyyət elə həm də Tanrı dərgahında ən uca məqama sahibdir.
Dilarə Zamanova,
Mərkəzi Gömrük Hospitalının PR üzrə mütəxəssisi