Livan və İsrail danışıqlara hazırlaşır

post-img

Livanın mədəniyyət naziri Qassan Salame bildirib ki, Vaşinqtonda Livan və İsrail arasında keçiriləcək danışıqlar “irəliləyiş”dir və hazırda hazırlıq mərhələsindədir. O, bu barədə Franceinfo-ya bildirib. 

O, gələcək danışıqların yeri, tarixi və gündəliyi barədə razılığa gəlmək məqsədilə ilkin görüşün çərşənbə axşamı günü keçirilə biləcəyini söyləyib. O, həm də dialoq üçün daha sabit mühit yaratmaq məqsədilə 15 günlük atəşkəsə çağırdı.

Salame qeyd edib ki, ərazidə vəziyyət gərgin olaraq qalır, lakin Livanda çoxsaylı itkilərə səbəb olan son hücumlardan sonra vəziyyət müvəqqəti olaraq sabitləşib.

Nazir Hizbullahın tərksilah edilməsinin mürəkkəb və uzun bir proses olduğunu və bunun tez bir zamanda həyata keçirilməsinin mümkün olmadığını vurğulayıb. 

P.ƏMİRCANOV
XQ

 

Dünya