Neftin qiyməti yenidən artmaqdadır

post-img

Son günlərdə İrana birgə hücumlardan sonra Brent markalı neftin qiyməti barel üçün 100 dolları keçib. Yaxın Şərqdəki böhran pərakəndə yanacaq qiymətlərinin də əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Məlumatı “Euronews” verib. 

Aİ ölkələrində aprelin əvvəlində benzinin qiyməti 2026-cı ilin fevral ayının sonu ilə müqayisədə təxminən 15%, dizel yanacağının qiyməti isə təxminən 30% artıb.

Bəs bu günlərdə Avropada yanacağın qiyməti nə qədərdir? Ən ucuz benzin və dizel hansı ölkələrdədir, ən bahalısı hansılardır?

Avropa Komissiyasının 2 aprel 2026-cı il tarixində dərc olunmuş həftəlik neft qiymətləri bülleteninə əsasən, Euro-Super 95 benzininin Aİ-də orta qiyməti litri üçün 1871 avro, dizel yanacağının (qazoil) isə litri üçün 2076 avrodur. 

P.ƏMİRCANOV
XQ

 

Dünya