Avropa çempionatına hazırlığı davam etdirən cüdo üzrə Azərbaycan yığmasının ötən gün media üçün açıq məşqi keçirilib. Milli üzvləri ilə birgə Bəhreyn, Mərakeş və İsraildən olan cüdoçular da hazırlıq keçirlər.
Cüdo Federasiyasından verilən məlumata görə, ölkəmizi Avropa çempionatında təmsil edəcək ilkin heyət artıq müəyyənləşib. İlkin siyahıya 9 kişi və 6 qadın olmaqla ümumilikdə 15 cüdoçu daxil edilib. Azərbaycan yığmasının yekun heyəti isə yarışa az qalmış açıqlanacaq.
Milli komandaların ilkin heyətində Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi 60 kq), Turan Bayramov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Kənan Nəsibov (+100 kq), Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Leyla Əliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Südabə Ağayeva (70 kq), Madina Kaisinova (+78 kq) yer alıblar.
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı aprelin 16–19-da Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək. Qitə birinciliyində 46 ölkədən 409 cüdoçu 14 dəst medal uğrunda mübarizə aparacaq.
Qabil YUSİFOĞLU
XQ

