Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 30-da ümumi çəkisi 16,8 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 611 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 6,8 ton çəkidə 9 min 841 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Məlumatı XQ-yə Daxili İşlər Nazirliyinin mətbuat xidməti verib.
Bu istiqamətdə aparılan tədbirlərin davam etdirildiyi bildirilib.