“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Ordubad şəhərində gənclərin “VI Art Battle” rəsm müsabiqəsi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən mətbuata bildirilib ki, nazirlik tərəfindən təşkil olunan yarışmada onlayn qeydiyyatdan keçmiş gənclər bacarıqlarını nümayiş etdiriblər. Lazımi rəsm ləvazimatları ilə təmin olunan iştirakçılar müsabiqənin şərtlərinə uyğun olaraq Naxçıvanın tarixini, mədəniyyətini və ya təbiətini təcəssüm etdirən rəsmlər çəkiblər.
Qeyd edək ki, İnci Qənbərovanın əl işi münsif heyəti tərəfindən 1-ci yerə layiq görülüb. Səadət Həziyeva 2-ci, Nuray Qasımova isə 3-cü olub. Həmin gənclərə diplom və hədiyyələr, digər iştirakçılara isə fəxri fərmanlar təqdim olunub.
Müsabiqə gənclərin yaradıcılıq imkanlarının yüksəldilməsi, potensiallarının qiymətləndirilməsi və stimullaşdırıcı məqsədlərə xidmət edib.
XQ