Kamandan oxatma üzrə Bakı şəhər kubokunun birinci mərhələsi başa çatıb

post-img

​Bakı şəhərində kamandan oxatma idman növü üzrə Bakı şəhər kubokunun I mərhələsi uğurla yekunlaşıb. Yarış həm böyüklər, həm də U15 (yeniyetmələr) kateqoriyası üzrə gərgin və peşəkar mübarizə şəraitində keçib. U15 kateqoriyası üzrə qızlar arasındaSona   Rüstəmli qızıl, Selcan Məmmədli  gümüş, Məryəm  İbrahimli isə bürünc medala layiq görülüblər. Eyni yaş qrupunda oğlanların mübarizəsində Məhəmməd İsmayılov birinci, Əli Məmmədov  ikinci, Saleh Məmmədli isə üçüncü yeri tutublar. Yeniyetmə qaliblərin mükafatlarını Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov və Gənclər və İdman Nazirliyinin Strateji təhlil sektorunun müdiri Ülviyyə Hacıyeva təqdim ediblər.

​Böyüklər arasında keçirilən yarışlarda kişilər kateqoriyasında Məhəmmədəli Əliyev  bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib olub, Sərdar Vəliyev gümüş, Zahid Kazımzadə isə bürünc medal qazanıblar. Qadınların yarışında isə Yaylagül Ramazanova qızıl medal qazanıb, Lalə İsmayılova gümüş, Aliyə Əliyeva isə bürünc mükafatla yarışı tamamlayıblar. Böyüklər kateqoriyası üzrə fərqlənən idmançılara mükafatları Federasiyanın baş katibi Fərid Xəlilov və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Lalə Abbaszadə təqdim ediblər.

Qabil YUSİFOĞLU
XQ

































İdman