Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 29 avqust 2025-ci il tarixində saat 09:30-da Şabran rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Şabran, Siyəzən, Xızı rayonları və Sumqayıt şəhərinin sakinlərini qəbul edəcək.
Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula 28 avqust 2025-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda avqust ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.