Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində gömrük əməkdaşları üçün “Süni intellektin gömrük sahəsində tətbiqi” mövzusunda təlim keçirilib.
Dövlət Gömrük Komitəsi və “Huawei Azərbaycan” şirkəti arasında əməkdaşlıq çərçivəsində keçirilən təlimdə süni intellektin qərar qəbuletmə proseslərinin dəstəklənməsi, idarəetmənin optimallaşdırılması və xidmət istifadəçiləri ilə qarşılıqlı əlaqənin daha səmərəli təşkili baxımından əhəmiyyətindən bəhs edilib.
Tədbirdə gömrük və logistika sahəsində tətbiq oluna biləcək praktiki texnoloji həllər barədə məlumat verilib, şirkət nümayəndələri tərəfindən “Ağıllı keçid həlləri”, “Elektron yük izləmə sistemi” və “Big Data-ya əsaslanan gömrük risklərinin idarə edilməsi” mövzularında təqdimatlar nümayiş etdirilib.

