Süni intellekt həyatın ayrılmaz hissəsinə çevrilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Aviasiya sektorunda istifadəsi artan süni intellektin yaxın illərdə sərnişin xidmətlərindən tutmuş texniki xidmət proseslərinə, əməliyyatların idarə olunmasına və uçuş planlaşdırmasına qədər hər şeyi dəyişdirəcəyi və uzun illər bunun davam edəcəyi bildirilir. Kenan İrtak İstanbul Gelişim Universiteti Tətbiqi elmlər fakültəsinin Aviasiya idarəetmə bölümünün müdiri profofessor-doktor Sezer Cihan Kesken süni intellektin artıq həyatın ayrılmaz bir hissəsinə çevrildiyini və bütün sektorların bu transformasiyaya uyğunlaşmalı olduğunu söyləyib. 

Aviasiyanın rəqəmsallaşmanın ən intensiv olduğu sektorlardan biri olduğunu bildirən Kesken “Süni intellektin bu sektorda əməliyyatların idarə olunmasına, qərar qəbuletmə proseslərinə və xərclərə nəzarətə əhəmiyyətli töhfələr verdiyini” söyləyib.

Türkiyədə süni intellektdən istifadənin sürətlə artdığını və texnoloji inkişafın, xüsusən də müdafiə sənayesindəki uğurların aviasiya sektoruna əhəmiyyətli töhfələr verdiyini bildirən Kesken yaxın 5-10 ildə aviasiyadakı ən böyük dəyişikliklərin sərnişin xidmətlərində, baqajın idarə olunmasında və əməliyyatların idarəsində baş verəcəyini və süni intellektin hava nəqliyyatının idarə olunması da daxil olmaqla bir çox sahədə qərar dəstəyi sistemi kimi istifadə ediləcəyini qeyd edib. Süni intellektin aviasiya sektorunda artıq tez-tez istifadə olunduğuna diqqət çəkən Kesken, “Pasport nəzarəti və qeydiyyat kimi proseslərdə istifadə edilən süni intellekt sərnişinlərə fərdiləşdirilmiş xidmətlər təklif edərkən gözləmə müddətini azaldır. Gecikmələr barədə əvvəlcədən bildiriş, xüsusi kampaniyalar və baqaj proseslərinin daha səmərəli idarə olunması sərnişin məmnuniyyətini artıra bilər “deyib.

Texnologiyanın pilotları dəstəkləyəcəyini, insan elementinin əhəmiyyətini qoruyub saxlamağa davam edəcəyini və süni intellektin pilotların məlumatlılığını artıra biləcəyini vurğulayan Kesken sözünə davam edib: “Süni intellekt müxtəlif xəbərdarlıqlarla prosesin idarə olunmasına böyük töhfə verə bilər. Tək pilotlu uçuş sistemləri və ya yerdən süni intellekt dəstəkli tətbiqləri olan uçan təyyarələr aviasiyada gündəmdə olsa da, düşünürəm ki, son qərar verən şəxs həmişə insan və ya pilot olacaq. Ən azından inanıram ki, bu, uzun illər bu şəkildə davam edəcək. Amma əvvəlcə yük təyyarələrində sınaqdan keçirilə bilər, sonra isə pilotsuz uçuşlar həyata keçirilər. Uzun bir proses var. Hüquqi və tənzimləyici tənzimləmələr vaxt aparacaq. Bunun üçün dəqiq vaxt qiymətləndirməsi aparmaq çətindir. Sərnişinlərin pilotsuz uçmaq fikrinə o qədər də inamı yoxdur. Tədqiqatlar göstərir ki, insanlar hələ də buna tam etibar etməyiblər. Lakin insan beyni yeniliklərə uyğunlaşır. Uçuşların təhlükəsiz olduğu görüldükcə insanların tərəddüdləri də yox olacaq. Süni intellektə müqavimət göstərmək normaldır, amma düşünürəm ki, bu da zamanla normal hala gələcək”.

Professor Kesken daha sonra qeyd edib ki, universitetlər də transformasiyaya uyğunlaşmaq üçün tədris planlarını yeniləyir, süni intellekt yönümlü kursları və təlim proqramlarını artırırlar.

M.MİRZƏ
XQ

Sosial həyat