Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı Culfa Rayon İcra Hakimiyyəti və Muxtar Respublikanın Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birgə işəgötürənlər üçün “Əməyin mühafizəsi, texniki təhlükəsizlik və iş yerlərinin attestasiyası” mövzusunda təlim təşkil edib.
XQ xəbər verir ki, təlimdə 23 müəssisəni təmsil edən 31 nümayəndə iştirak edib. İştirakçılara mövzu üzrə mövcud qanunvericiliyin tələbləri izah olunub, təqdimat nümayiş etdirilib. Bununla yanaşı, əmək sahəsində qəbul edilmiş yeni standartlar barədə də ətraflı məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq mövzular ətrafında müzakirələr aparılıb.