San-Paulu Universitetindən olan braziliyalı alimlərin araşdırmasına görə, əgər valideynlər oturaq həyat tərzi keçirirlərsə, uşaqların onlardan nümunə götürmək ehtimalı yüksəkdir. Bu barədə araşdırma "Sports Medicine and Health Science" jurnalında dərc olunub.
6-17 yaş arası 182 uşaq və onların valideynləri - 161 ana və 136 ata eksperimentdə iştirak edib. Əgər valideyn orta intensiv fiziki aktivliyə həftədə 150 dəqiqə ayırıbsa, aktiv hesab olunub. Bütün qruplarda oturaq vaxt üzrə yüksək səviyyə qeydə alınıb. Orta hesabla həm uşaqlar, həm də onların valideynləri az hərəkətsiz vəziyyətdə gündə 8-9 saat vaxt keçiriblər.Nəticədə alimlər bu qənaətə gəliblər ki, valideynlərin fiziki fəaliyyət səviyyəsi uşaqların vərdişlərinə birbaşa təsir edə bilər. Başqa sözlə, valideynlər daha aktiv olduqda, onların uşaqlarının uzun müddət oturaq vəziyyətdə qalma ehtimalı da azalır.
XQ