Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 10-da Qırğızıstan Respublikasına səfər edəcək.
XQ xəbər verir ki, QMİ sədri A.Paşazadə 11 sentyabrda Bişkek şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının növbəti toplantısına qatılacaq.
TDT MDİRŞ-in Əsasnaməsi Şuşa şəhərində imzalanıb, Birgə Bəyanat qəbul olunub. İstanbul, Bakı, Şuşa, Türküstan, Daşkənd, Astana toplantılarının ardınca Bişkekdə baş tutacaq VI iclasda “İslamda ümmətin vəhdəti” adlı sənədin qəbulu nəzərdə tutulub. Görüş iştirakçılarının Qırğızıstanın ali rəhbərliyi tərəfindən qəbulu planlaşdırılır.
Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının növbəti iclası Azərbaycanda keçiriləcək.