Çin Afrikaya qlobal qeyri-sabitlikdən çıxmaqda kömək edəcək

post-img

Çin lideri Si Cinpin bildirib ki, ölkəsi İranla müharibənin yaratdığı qlobal qeyri-sabitliyin iqtisadi nəticələrinin aradan qaldırılmasında Afrika ölkələrinə dəstək verməyə hazırdır.

Bu barədə CNN yazıb.

Bəyanat Mozambik Prezidenti Daniel Çapu ilə Pekində keçirilən görüşdə verilib. Bu, Afrika liderinin Yaxın Şərqdəki gərginlikdən bəri Çinə ilk səfəridir.

Si Cinpin qeyd edib ki, Qlobal Cənubdakı ölkələr enerji qiymətlərinin artması və Hörmüz boğazından keçən təchizatın kəsilməsi səbəbindən ciddi təzyiqlə üzləşirlər. O, idxal olunan yanacaq, ərzaq və gübrədən asılı olan Afrika ölkələrini xüsusilə həssas ölkələr kimi müəyyən edib.

O, Çinin böhranın təsirini azaltmaq və iqtisadi inkişafı gücləndirmək üçün Afrika ilə əməkdaşlığı genişləndirəcəyinə söz verib. Pekin əvvəllər 1 may tarixindən Esvatini istisna olmaqla, 53 Afrika ölkəsindən idxala sıfır tarif tətbiq edəcəyini etibarən elan etmişdi.

P.ƏMİRCANOV
XQ

Dünya