Türkiyənin yeni silahı olan "CANİK M3 FALCON" ilk dəfə nümayiş olunacaq

post-img

Türkiyə müdafiə sənayesində, xüsusən də hava platformalarının tələbkar əməliyyat ehtiyacları nəzərə alınmaqla hazırlanmış yeni nəsil 12.7x99 mm-lik ağır pulemyot ilk dəfə "SAHA 2026" sərgisində nümayiş etdiriləcək.

XQ xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, "SAHA 2026" Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi 5-9 may tarixlərində İstanbul Sərgi Mərkəzində keçiriləcək.

Məlumata görə, həddindən artıq istiləşmənin qarşısını alan açıq boltlu dizayna malik sistem, yüksək atəş sürəti, sarsılmaz etibarlılığı və müasir döyüş meydanının müxtəlif şərtlərinə uyğunlaşan çevik quruluşu ilə seçilir.

Dünya