"Telegram" hücumları ilə bağlı 112 saxta domen və 18 IP ünvanı nəzarətə götürülüb

post-img

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərverici Analizi Laboratoriyası (MRLab) "Telegram" üzərindən həyata keçirilən kiberhücumlarla bağlı araşdırmalar davam etdirilir.  

XQ xəbər verir ki, bu barədə XRİTDX-i məlumat yayıb.  Bildirilir ki, hazırda kiberəməliyyatla bağlı 112 saxta domen və 18 IP ünvanı MRLab tərəfindən nəzarətə götürülüb.   Sözügedən resursların fəaliyyəti araşdırılır və istifadəçilərə təsir dərəcəsi qiymətləndirilir.  

Mövzu ilə bağlı əlavə məlumatlar mərhələli şəkildə XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) rəsmi saytında paylaşılacaq.

"Telegram" hücumları ilə bağlı 112 saxta domen və 18 IP ünvanı nəzarətə götürülüb.

N.Adilqızı

XQ

 

Sosial həyat