Aprelin 22-də elm və təhsil naziri Emin Əmrullayev Yunanıstanın Azərbaycandakı səfiri Maria Papakonstantinou ilə görüşüb.
XQ xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Görüş çərçivəsində Yunanıstan ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.

