Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı Mərkəzi”nə (012 599 79 75) 2025-ci ilin sentyabr ayı ərzində ümumilikdə 599 zəng daxil olub.
XQ xəbər verir ki, vətəndaş müraciətlərindən 266-sı dərhal cavablandırılıb, 208 müraciət araşdırıldıqdan sonra vətəndaşlara geri zəng edilməklə məlumat verilib. 113 müraciət isə aidiyyəti üzrə digər qurumlara yönləndirilib.
Bundan əlavə, paytaxt və bölgələrdə hava şəraiti ilə əlaqədar yollarda yaranmış problemlərlə bağlı daxil olan 12 zəng operativ şəkildə qeydə alınıb, və bu barədə dərhal müvafiq rayonlar üzrə tabeli təşkilatlara məlumat verilib. Görülən operativ tədbirlər nəticəsində həmin yollar üzrə avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti qısa müddət ərzində bərpa olunub.