Dmanisidə Vətən müharibəsi şəhidlərinə həsr olunan inşa müsabiqəsi keçirilib

post-img

Gürcüstanın Dmanisi rayonunda fəaliyyət göstərən "Dmanisi Tədris Mərkəzi"ndə 27 Sentyabr - Anım Günü həsr olunan inşa müsabiqəsi keçirilib. Azərbaycan dili kursuna qatılan şagirdlər arasında keçirilən müsabiqə “Mənim Milli Qəhrəmanım” adlanıb.

Bu barədə verilən məlumata görə, müsabiqənin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi sükutla yad edilib.  

Tədris Mərkəzinin rəhbəri Kamran Xıdırov çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin və qazilərimizin misilsiz qəhrəmanlığı sayəsində Azərbaycan torpaqlarının işğaldan azad olduğunu bildirib.

İnşa müsabiqəsinin qalibləri mərkəz tərəfindən xüsusi mükafatlarla təltif olunub. Qeyd edək ki, bu cür tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, milli kimliyin və tarix şüurunun formalaşmasına mühüm töhfə verir.

Mustafa Kamal
XQ





Sosial həyat