İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında görüş keçirilir

post-img

İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında görüş keçirilir.

XQ xəbər verir ki, görüşdə Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri arasında 2025-ci il avqustun 8-də Vaşinqton sammitində təsdiqlənmiş sülh gündəliyindən irəli gələn proseslər müzakirə edilir.

Ayrı-ayrı sessiyalar regionda formalaşan təhlükəsizlik arxitekturası, sülhün faydaları, iki cəmiyyət arasındakı münasibətlərin ictimai qavrayışı, iqtisadi əməkdaşlıq perspektivləri, həmçinin qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində vətəndaş cəmiyyətinin rolu məsələləri də görüşün gündəmindədir.

Siyasət