Mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış məşqi mövzusunda maarifləndirici tədbir keçirilib

post-img

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda mülki müdafiə qüvvələri ilə bağlı xəbərdarlıq və toplanış məşqi mövzusunda maarifləndirici tədbir keçirilib. Bu haqda “Xalq” qəzetinə AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən məlumat verilib. Məşqin keçirilməsində məqsəd fövqəladə hallarda operativ reaksiya vermək, əməkdaşların təhlükəsizlik vərdişlərini təkmilləşdirmək və mülki müdafiə sahəsində maarifləndirməni gücləndirmək olub. 

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev mülki müdafiənin əhəmiyyətindən danışaraq bildirib ki, baş verə biləcək təbii fəlakətlər və ya digər fövqəladə hallar zamanı insan həyatının qorunması üçün qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Bu sahə yalnız rəsmi prosedurların icrası ilə məhdudlaşmamalı, hər bir əməkdaşın real təhlükə anında necə davranacağını bilməsini təmin etməlidir. O, əlavə edib ki, mülki müdafiə tədbirləri formal yanaşma ilə deyil, məsuliyyətli və məqsədyönlü şəkildə təşkil olunmalı, praktiki nəticələrə xidmət etməlidir və eyni zamanda bu tip tədbirlər mütəmadi xarakter daşımalıdır.

Mülki Müdafiə Qərargahının rəisi Rəşad Zülfüqarov mülki müdafiə məsələlərinin aktual və strateji əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, mülki müdafiə yalnız fövqəladə hallara reaksiya vermək deyil, həm də qabaqlayıcı tədbirlərlə risklərin minimuma endirilməsi işidir. 

Tədbirdə Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov və AMEA Naxçıvan Bölməsi Mülki Müdafiə Qərargahının baş mütəxəssisi Rövşən Orucəliyev mülki müdafiə sahəsində görülən işlər, əməkdaşların maarifləndirilməsi və təhlükəsizlik tədbirlərinin əhəmiyyətindən danışıblar.

Sonda İsmayıl Hacıyev gələn ilin əvvəlində növbəti mülki müdafiə tədbirinin keçirilməsi barədə tapşırıq verib. O, bu tədbirin yalnız hesabat xatirinə deyil, real nəticələrə yönəlmiş və bütün əməkdaşları əhatə edən formatda təşkil olunmasının vacibliyini xüsusi olaraq vurğulayıb.

Səbuhi HƏSƏNOV

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Məşq zamanı xəbərdarlıq siqnalı verilib, təxliyyə və toplanış qaydaları izah olunub, əməkdaşların davranış mexanizmi nümayiş etdirilib. Eyni zamanda, fövqəladə hallar zamanı ilkin tibbi yardımın göstərilməsi və təhlükəsizliyin təmin olunması yolları izah edilib.

 

Tədbirin sonunda iştirakçılarla sual-cavab aparılıb və müvafiq tövsiyələr verilib. 

 

Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölməsinin vitse-prezidenti, akademik İsmayıl Hacıyev bildirib ki, mülki müdafiə sahəsindəki gecikmələrin aradan qaldırılması və fəaliyyətin sistemli şəkildə qurulması məqsədilə gələn ilin əvvəlində genişmiqyaslı tədbirin keçirilməsi planlaşdırılır.

 

 

O vurğulayıb ki, belə tədbirlər təkcə formal xarakter daşımamalı, eyni zamanda praktiki bacarıqların tətbiqi və kollektivin real fövqəladə hallara hazırlığının qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etməlidir. Akademik qeyd edib ki, planlaşdırılan tədbir geniş hazırlıq mərhələsindən sonra, bütün struktur bölmələrin iştirakı və aidiyyəti qurumlarla koordinasiyalı şəkildə təşkil ediləcək.

İsmayıl Hacıyev əlavə edib ki, məqsəd yalnız cari problemləri həll etmək deyil, həm də bu sahədə davamlı və dayanıqlı fəaliyyət mexanizmi formalaşdırmaq, elmi müəssisələrdə təhlükəsizlik mədəniyyətini daha da gücləndirməkdir.

 

 





Sosial həyat