Bakıda 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi ("Medinex 2025") keçirilir.
XQ xəbər verir ki, tədbir səhiyyə peşəkarlarını, tibb müəssisələrinin rəhbərlərini, sahibkarları, distribütorları və investorları bir araya gətirir.
Dövlətin səhiyyə sisteminin modernləşdirilməsinə yönəlmiş islahatları, bu sahənin son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi fonunda keçirilən "Medinex" sərgisi innovasiyaların, bilik mübadiləsinin və yeni əməkdaşlıqların təşviqinə xidmət edir.
Qeyd edək ki, "Medinex" sərgisi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən dəstəklənir.

