Dövlət Miqrasiya Xidmətinin "919" Çağrı Mərkəzinə oktyabr ayında 6208 zəng daxil olub

post-img

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2025-ci ilin oktyabr ayı ərzində 6208 zəng cavablandırılıb.

XQ xəbər verir ki, qəbul edilən zənglərin 1903-ü müvəqqəti yaşama icazəsi, 124-ü müvəqqəti olma müddətinin uzadılması, 413-ü vətəndaşlıq məsələləri, 621-i olduğu yer üzrə qeydiyyat, 413-ü daimi yaşama icazəsi, 762-si iş icazəsi, 252-si inzibati xəta, 1720-si isə digər məsələlərlə bağlı olub.

Qeyd edək ki, 919 Çağrı mərkəzi 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) həftənin 7 günü 24 saat fasiləsiz fəaliyyət göstərir.

Sosial həyat