2025-ci ilin üçüncü rübündə Rusiyaya səfər edən Azərbaycan vətəndaşlarının sayı azalıb

post-img

2025-ci ilin üçüncü rübündə Azərbaycan vətəndaşları Rusiyaya 99 min səfər ediblər ki, bu da 2024-cü ilin eyni dövründəki 144 min səfərlə müqayisədə əhəmiyyətli dərəcədə azdır.

AZƏRTAC FSB Sərhəd Xidmətinin “Kommersant” nəşrində dərc olunan məlumatlarına istinadla xəbər verir ki, iyul-sentyabr ayları ərzində Rusiyaya gələn xarici vətəndaşların ümumi sayı bir il əvvəlki 5 milyon göstərici ilə müqayisədə 4,4 milyona düşüb. Ümumilikdə, 2025-ci ilin ilk doqquz ayında əcnəbilər Rusiyaya 12,2 milyon səfər ediblər ki, bu da ötən illə müqayisədə təxminən 1 milyon azdır. Mütəxəssislər azalmanı daha sərt immiqrasiya siyasəti, “nəzarət altında olan şəxslərin reyestri”nin tətbiqi və vizasız ölkələrin vətəndaşları üçün qalma müddətinə qoyulan məhdudiyyətlərlə əlaqələndirirlər.

Məlumata görə, işçi qüvvəsi uğrunda beynəlxalq rəqabət də azalmaya səbəb olur. Qırğızıstan diasporunun nümayəndələri qeyd edirlər ki, əvvəllər Rusiyada işləyən miqrantların 20%-dən 30%-ə qədəri Avropa ölkələri, Böyük Britaniya, Çin və Cənubi Koreya da daxil olmaqla digər istiqamətlərə üz tutub.

Sosial həyat