12 dekabr – Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətimizin banisi Heydər Əliyevin anım günü ilə əlaqədar Goranboy şəhərində ağacəkmə aksiyası təşkil olunub.
Tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, şəhid ailələri, qazilər, eləcə də ictimai fəallar iştirak ediblər.
Aksiya çərçivəsində şəhərin müxtəlif ərazilərində yeni tinglər əkilib, mövcud yaşıllıqların qorunması və artırılması ilə bağlı çağırışlar səsləndirilib.
İştirakçılar Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, ölkəmizdə yaşıllaşdırma və ekologiyanın qorunması sahəsində Ulu Öndərin müəyyən etdiyi strategiyanın bu gün də uğurla davam etdirildiyini qeyd ediblər.
Ağacəkmə aksiyası çərçivəsində həmrəylik və xatirə atmosferi hökm sürüb, ekoloji maarifləndirməyə xüsusi önəm verilib.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri














