Ümummilli Lider Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edildi

post-img

Ölkəmizin inkişaf yoluna, dövlətçilik təməllərinin möhkəmlənməsinə və müstəqilliyimizin əbədiliyinə ömrünü həsr etmiş böyük şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi Salyanda böyük ehtiram və minnətdarlıq hissi ilə yad edilib. RİH başçısı Rüstəm Xəlilov, YAP rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, “N” saylı hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyətinin çoxsaylı  nümayəndələri şəhərin mərkəzində ucaldılmış Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, müasir, müstəqil Azərbaycanın banisi və qurucusu dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Daha sonra anım günü ilə əlaqədar “Kür” şadlıq sarayında ehsan süfrəsi təşkil olunub. Açılan ehsan süfrəsində Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub.

Mərasimdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək bütün həyatını və fəaliyyətini xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən bəhs edib, onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağı, heç vaxt yaddaşlardan silinməyəcəyini vurğulayıb.

Mikayıl NƏRİMANOĞLU,

XQ-nın bölgə müxbiri

Son xəbərlər