Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatından 22 il ötür. Xalqımız hər il olduğu kimi, bu il də unudulmaz dahi şəxsiyyət Heydər Əliyevi dərin hörmət və minnətdarlıq hissi ilə yad edir.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi Ulu Öndərin komitənin binasındakı büstü önünə gül dəstələri qoyublar. Daha sonra Fəxri Xiyabandakı məzarını ziyarət edərək Ümummilli Liderin abidəsi önünə əklil və gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
XQ





