Dekabrın 18-də Azərbaycan Milli Kulinariya Assosiasiyasının 40 illik yubleyinə həsr edilmiş Təhsil alan gənc kulinarların VI Respublika Çempionatı keçrilib. Çempionatda ali təhsil müəssisələri, özəl təhsil mərkəzləri, Bakı şəhəri və bölgələrdən olan peşə məktəbləri və kolleclərin komandaları iştirak ediblər.
XQ xəbər verir ki, çempionatın açılışında çıxış edən Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbəri, TÜRKSOY-un Türk Dünyası Mətbəx Mədəniyyəti Elmi və Sənəti Birliyinin prezidenti, Əməkdar mədəniyyət işçisi, t.ü.f.d. Tahir Əmiraslanov Çempionatda iştirak edən komandalara uğurlar arzulayıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetini müsabiqədə (ADPU) Fizika fakültəsinin Əməyin texnologiyası kafedtasının müəllimi Sevinc İbrahimova, Texnologiya müəllimliyi ixtisasının III kurs tələbələri – Əhmədova Ləman, İsmayılzadə Nuranə və Qasımova Aytacdan ibarət komanda təmsil edib. ADPU komandasının üzvləri tərəfindən hazırlanmış paxlava nümunələri, milli şirniyyatlar, masa dekorasiyası, samovar çayı Türkiyədən olan mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Yekunda komandamız I yerə layiq görülərək, diplom və xüsusi hədiyyələrlə mükafatlandırılıb.


.jpeg)

.jpeg)