“Facemark” və “Mutfakçı” şirkətlərinin birgə təşkilatçılığı ilə 8–9 may 2026 tarixlərində “Sea Breeze Event Hall”da interyer, inşaat, memarlıq və mebel sahələrinin aparıcı mütəxəssislərini, innovativ şirkətlərini və peşəkar icmasını bir araya gətirən İnteryer, İnşaat, Memarlıq və Mebel Forumu keçirilib.
İnteryer İnşaat Memarlıq Mebel Forumu bu il 2-ci dəfə olaraq ölkəmizdə biznes tədbirlərin təşkilatçılığı üzrə ixtisaslaşan Facemark şirkətivə keyfiyyətli məhsul və xidmətləri ilə tanınan, müasir dizayn və funksionallığı bir araya gətirən Muftakçı şirkətinin təşkilatçılığı ilə keçirilib.
Tədbir Gobustone şirkətinin panel sponsorluğu,Spark Beton şirkətinin sponsorluğu və Markup Agency şirkətinin dəstəyilə keçirilib.
Tədbir Facemark şirkətinin təsisçisi Rafiq Hunaltayın açılış nitqi etməsi ilə açıq elan olunub. Daha sonra peşəkar moderator və spikerlərin iştirakı ilə panel müzakirələri formatında davam edib.
I Panel – “İnşaatda yeni baxışlar”
• Moderator - İlkin Manafov - Mutfakçı şirkətinin təsisçisi
• Spiker - Bahadır Akan - Spark MMC-nin Kommersiya Direktoru
• Spiker - Sənan Orucov - Azmade Group Qrup Marketinq Rəhbəri
• Spiker - Yeganə Abdullayeva - YEKACO Memarlıq və Layihələndirmə şirkətinin təsisçisi
• Spiker - Gülər Əmirahova - Flax project MMC-nin təsisçi və direktoru
• Spiker - Meybulla Babayev – FHN, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikintinin təşkili və təhlükəsizliyi işlərinə nəzarət şöbəsinin müdiri
• Spiker - Pərviz Vəliyev Crystal Group of Companies ASC-nin təsisçisi və Müşahidə Şurasının sədri
Panel zamanı spikerlər inşaat sektorunda yeni yanaşmalar, təhlükəsizlik, memarlıq və layihələndirmə istiqamətləri barədə fikirlərini bölüşüblər.
II Panel – “Dəyər qazanan əmlaklar”
• Moderator - İlkin Manafov - Mutfakçı şirkətinin təsisçisi
• Spiker Aysun Ağayeva - Studiodesign.interiors dizayn ofisinin direktoru
• Spiker - Firdovsi Xəlilov - Opera Group MMC-nin təsisçisi
• Spiker - İlham Allahverdiyev - Facility Management Group direktoru
• Spiker - Emre Akkiraz - Akkiraz Interiors Memar
• Spiker - Şəfiqə Zeynalova - Memar və interyer dizayner
• Spiker - Məsumə Hüseynova - Le Corbi Design Studio Təsisçisi
Müzakirələr zamanı spikerlər daşınmaz əmlakın dəyərinin formalaşması, interyer həlləri və funksional məkanların yaradılması mövzusunda çıxış ediblər.
III Panel – “Açar təslim” Mebel və İnteryer
• Moderator - İlkin Manafov - Mutfakçı şirkətinin təsisçisi
Spiker - Nicat Əlizadə - Regionlarla işşöbəsinin müdiri
• Spiker - Arzu Quliyeva - Arzudesignstudio Təsisçi və direktor
• Spiker - Könül Məmmədzadə - İnteryer dizayner
• Spiker - Qabil Qasımov - GStone Təsisçi
• Spiker - Zabikə Yasaxova - Mutfakçı Azərbaycan Qrup rəhbəri
Panel spikerləri mebel və interyer sahəsində müasir tendensiyalar, estetik yanaşmalar və “açar təslim” layihələrin idarə olunması barədə təcrübələrini bölüşüblər.
İnteryer, İnşaat, Memarlıq və Mebel Forumu sektor nümayəndələri arasında yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsinin aparılması və sahənin inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətli platforma olaraq yadda qalıb.
Forumun ikinci günü isə iştirakçılar üçün təşkil olunan master-klasslarla davam edib. Xüsusi dəvət olunmuş ekspert spikerlərin təqdimatında mebelin interyerdəki strateji rolu, funksionallıq və estetik balansı, həmçinin inşaat prosesi ilə harmoniyası ən incə detallara qədər təhlil olunub. Eyni vaxtda keçirilən master-klasslar “Mutfakçı” və “Silkcoat” ofislərində təşkil edilib, iştirakçılara həm nəzəri biliklər, həm də praktik yanaşmalar təqdim olunub.
Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti

