Astara Pedaqoji Kollecində bayram şənliyi keçirildi

post-img

Son illər adı respublikamızın qabaqcıl təhsil ocaqlarının sırasında çəkilən, professor, şəhid atası Kamran Kazımovun rəhbərliyi altında fəaliyyət göstərən  Astara Pedaqoji Kollecində keçirilən “31Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il bayramına həsr olunmuş tədbir könüllərə  xoş ovqat, gözəl əhval-ruhiyyə gətirdi. 

Astara Pedaqoji Kollecinin kollektivi ilə yanaşı Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı sədri Həbib Cəfərovun, Astara Təhsil Sektorunun müdiri Xədicə Əliyevanın qatıldığı tədbirdə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi  altında  qazanılmış, hər bir Azərbaycanlının sevinc və qürur hissinə çevrilmiş qələbədə canlarından keçməklə xalqımızın azadlığı uğrunda qəhrəmanlıq dastanı yazan bütün  Vətən  şəhidlərinin  əziz xatirəsi ehtiramla  anıldı. 

Kollecin direktoru, professor K. Kazımov tədbir iştirakçılarını salamlayaraq “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il bayramı münasibətilə təbrik  etdi, Qalib xalqımıza hər zaman birlik və həmrəylik arzuladı. 

Digər çıxış edən natiqlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli birlik ideyasının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət  daşıdığını  bildirdilər, bu bayramın dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız arasında mənəvi əlaqələrin güclənməsi üçün  mühüm töhfə  olduğunu dedilər.

Xüsusi olaraq o da  diqqətə çatdırılıdı ki, Müstəqil Azərbaycanın qurucusu  Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin əsas  istiqamətlərindən biri dünya azərbaycanlılarının birlik və həmrəyliyini möhkəmləndirmək  idi.  Məhz bu uzaqgörən siyasətin nəticəsi olaraq dünyanın 70-dən çox ölkəsində yaşayan soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük  sevinc  və qürur hissi ilə qeyd edirlər. Bayram milli dəyərlərə sədaqətin, tarixi yaddaşın və ortaq məqsədlər ətrafında birləşməyin təzahürü kimi  indi  hər bir azərbaycanlının ürəyində özünə yer edib.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü















Sosial həyat