Balakən Gömrük İdarəsində və “Şirvan” gömrük postunda xarici ticarət iştirakçıları ilə növbəti görüşlər keçirilib.
DGK Mətbuat xidmətindən XQ-yə verilən məlumata görə. görüşlərdə gömrük sistemində aparılan islahatlar, təkmilləşmələr, istifadəyə verilmiş alətlər və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Etibarlı Tərəfdaş Konsepsiyası” barədə məlumat verilib, təqdimatlar nümayiş etdirilib.
Daha sonra xarici ticarət iştirakçılarının rəy və təklifləri dinlənilib, onların sualları cavablandırılıb.



