ABŞ-də benzinin qiyməti son dörd ildə ilk dəfə 4,50 dolları keçib.
XQ xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Bildirilib ki, ABŞ-də bir qallon benzinin qiyməti 4,54 dollara çatıb ki, bu da 2022-ci ilin iyul ayından bəri ən yüksək qiymətdir.
Benzin son bir həftədə 30 sent, fevralın 28-də İranda müharibənin başlamasından bəri isə 52% artıb.

