ABŞ və İran münaqişənin dayandırılması barədə memorandum imzalamağa yaxınlaşıblar. Bu barədə "Axios" məlumat yayıb.
Məlumata görə, sənəd cəmi bir səhifədən ibarətdir və onun məzmunu üzrə danışıqlar həlledici mərhələyə çatıb. ABŞ tərəfi yaxın 48 saat ərzində İrandan bir sıra əsas məsələlər üzrə cavab gözləyir. Hələlik yekun razılaşma əldə olunmasa da, mənbələr tərəflərin indiyədək heç vaxt bu qədər razılaşmaya yaxın olmadığını bildirirlər.
İddia olunan razılaşmaya əsasən, İran uranın zənginləşdirilməsinə moratorium tətbiq etməyi öhdəsinə götürür. Bunun müqabilində ABŞ sanksiyaların ləğvinə və dondurulmuş milyardlarla dollar həcmində İran vəsaitlərinin azad edilməsinə razılıq verir. Eyni zamanda, hər iki tərəf Hörmuz boğazı üzərindən tranzitə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdən keçirir.
S.ELAY
XQ

