“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

post-img

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564 (Cild I); 2024, № 7, maddə 771, № 8, maddə 932; 2025, № 1, maddə 16, № 2, maddə 94, № 6, maddə 523, № 12 (I kitab), maddə 1125) aşağıdakı dəyişikliklər edilsin:

1. 27-ci maddənin IV-I hissəsinin 5-1-ci bəndinə, 30-cu maddənin VI-I hissəsinin 4-1-ci bəndinə və 35-ci maddənin IV-I hissəsinin 1-1-ci bəndinə “57.4-cü” sözlərindən sonra “, 57.6.3-cü” sözləri əlavə edilsin;

2. 85-ci maddənin birinci hissəsinin 10-cu bəndinin ikinci cümləsindən “və onun surətini nəqliyyat vasitəsinin ön şüşəsinə qoyur” sözləri çıxarılsın.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 mart 2026-cı il

Qanunlar