SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun vətəndaşlarla görüşü fevralın 27-si saat 11:00-da Xızı rayonu, Heydər Əliyev Mərkəzində baş tutacaq.
“Azəriqaz”ın mətbuat xidmətindən XQ-yə bildirilib ki, görüş zamanı Xızı və Siyəzən rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
“Vətəndaşların diqqətinə çatdırırıq ki, görüşdə ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin xidmət sahələrinə aid olmalıdır. Görüşə dair əlavə məlumat almaq istəyənlər Sumqayıt Regional Qaz İstismarı İdarəsinə (tel: (050) 845 95 31; (02331)5-04-53) müraciət edə bilərlər”, - deyə məlumatda qeyd olunub.

