Qazaxıstanda fəaliyyət göstərən diaspor fəalı, Mangistau Azərbaycanlıları Assosiasiyasının üzvü Elmir Şahsuvarov Qazaxıstan Respublikasının Prezidenti Kasım Jomart Tokayevin Təşəkkürnaməsi ilə təltif edilib.
XQ xəbər verir ki, soydaşımız “Qazaxıstanın Yeni Konstitusiyası” layihəsi üzrə keçirilən referendumun hazırlanması və təşkili prosesində göstərdiyi fəallığa görə bu mükafata layiq görülüb.
Təşəkkürnamədə onun bilik və peşəkarlığının ölkənin inkişafına töhfə verdiyi xüsusi vurğulanıb.

