MDU-nun Bakı filialı magistraturaya qəbul elan edir

post-img

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı 2026/2027-ci tədris ili üçün magistraturaya qəbul elan edir. 

MDU-nun Bakı filialına istinadla magistraturaya qəbul istiqamətləri:

 

mdu1.jpg

Filiala qəbul Moskva Dövlət Universitetinin rektorunun adına verilmiş şəxsi ərizə ilə Filial tərəfindən müəyyən edilmiş müddətdə həyata keçirilir. 

Magistratura proqramları üzrə təhsil üçün qəbul olmaq haqqında şəxsi ərizəyə  qeydiyyatdan keçdikdən sonra müsahibədə iştirak üçün aşağıdakılar əlavə edilməlidir (sənədlər [email protected] elektron poçtuna göndərilməlidir):    

·        şəxsiyyət vəsiqəsinin surəti və onun notarius tərəfindən təsdiq edilmiş rusca tərcüməsi; 

·        ali təhsil haqqında sənədin əsli və onun notarius tərəfindən təsdiq edilmiş rusca tərcüməsi (diplom olmadığı  halda qəbul olmaq istəyən şəxs MDU-nun Bakı Filialının məzunu deyilsə, magistraturaya qəbul üçün təhsil aldığı  universitetdən verilmiş  arayışı  [email protected] elektron poçtuna  göndərməlidir)

·        3x4 ölçülü 4 ədəd fotoşəkil (6 aydan az müddət əvvəl çəkilmiş rəngli, başıaçıq, mat kağızda);

·        xasiyyətnamə:

a) məzunlara-universitetinin dekanlığından;

b) işləyənlərə-iş yerindən;

c) işləməyən şəxslərə-yaşayış yerindən.

·        “ASAN xidmət” mərkəzlərindən məhkumluğun olmaması barədə arayış AR vətəndaşları üçün (AR vətəndaşlığı olmayan şəxslər üçün — yaşayış yerindən) ;

·        Sağlamlıq haqqında arayış (forma 086) ;

·        hərbi bilet və ya hərbi bileti olmayanlar ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti  (hərbi mükəlləfiyyətli şəxslər üçün).

 

Ulduzla işarələnmiş növbəti üç arayışı tədris ilinin əvvəlində “M.V.Lomonosov adına MDU-nun Bakı filialının yataqxanasında daxili nizam-intizam qaydalarına” uyğun olaraq yaşayış hüququna malik qəbul olunmuş magistrantlar təqdim etməlidirlər. Arayışlar ödənişsizdir və mütləq şəkildə göstərilən ünvanlardan alınmalıdır:

·        * Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda flüoroqrafiya müayinəsindən keçmə  haqqında arayış. Ünvan: Bakı ş., Nizami r., M.Şərifli küçəsi, 163; 

·        * Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzindən arayış. Ünvan: Bakı ş., Nərimanov r., İ. Hidayətzadə küçəsi, 16; 

·        * Bakı Şəhər Narkoloji Mərkəzdən arayış. Ünvan: Bakı şəhəri, Yasamal rayonu,  A.M.Şərifzadə küçəsi, 229. 

 

Aşağıdakı məlumata diqqət yetirməyinizi xahiş edirik:

1.   Filiala qəbul olunan şəxslər DİM siyahılarından çıxarılır və sonradan Azərbaycan Respublikasının digər ali məktəblərinə daxil olmaq üçün müsabiqədə iştirak etmirlər.

2.   Şəxsi işin formalaşdırılması zamanı Filial tərəfindən yuxarıda göstərilməyən əlavə arayışlar tələb oluna bilər.

3.   Filialda təhsil prosesi M.V.Lomonosov adına MDU-nun tədris planları və proqramları üzrə həyata keçirilir və tədrisdə innovasiya texnologiyaları və metodlarından geniş istifadə edilir.

4.   Təhsil rus dilində, əyani və gündüzdür. Dərslər, əsasən, M.V.Lomonosov adına MDU-nun professor-müəllim heyəti tərəfindən aparılır.

5.   Filialın məzunlarına M.V.Lomonosov adına MDU-nun magistr diplomu verilir.

6.   “Beynəlxalq biznes” üzrə magistr proqramı modul xarakteri daşıyır. Magistrantlar ayrı-ayrı trimestrlər  çərçivəsində Moskvada təhsil alırlar.

7.   “Kimya” hazırlığı istiqaməti  üzrə magistr dissertasiyası MDU-nun Kimya fakültəsində Moskva şəhərində yerinə yetirilir.

8.   “Filologiya” hazırlığı istiqaməti üzrə magistrantlar üçün xaricdə yay dil təcrübəsi  nəzərdə tutulmuşdur.

 

E-mail: [email protected]

Əlaqə nömrələri: (+994 12) 593 93 19, (+994 10) 215 75 15 (mob)

Bundan öncə Azərbaycan Respublikası büdcəsi hesabına magistratura səviyyəsində təhsil almayan Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və əvvəllər Azərbaycan Respublikası büdcəsi hesabına magistratura səviyyəsində təhsil almayan əcnəbilər üçün təhsil  ödənişsizdir. Bu şəxslər yalnız büdcə yerlərinə iddia edirlər və qəbul imtahanlarında topladıqları ballara və qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər. Filialın magistraturasına daxil olmaq istəyənlər Filialda keçiriləcək qəbul sınaqlarında  iştirak etmək hüququ qazanmaq üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən ali məktəblərin magistratura səviyyəsinə qəbul imtahanlarında 55 və daha artıq bal toplamalıdırlar. 

Bundan öncə magistratura səviyyəsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almış Azərbaycan Respublikası vətəndaşları və əvvəllər magistratura səviyyəsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almış Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər, eləcə də vətəndaşlığı olmayan və Azərbaycan Respublikasında daimi yaşamayan əcnəbilər üçün təhsil forması  ödənişlidir. Bu şəxslər yalnız ödənişli yerlərə iddia edə bilərlər, onlar qəbul imtahanlarında topladıqları ballar və qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər və Filialın təşkil etdiyi müsahibədən uğurla keçdikdən sonra DİM-in keçirdiyi test imtahanında iştirak etmədən Filialın qəbul imtahanlarına buraxılırlar.

Əvvəllər magistratura səviyyəsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almış Azərbaycan vətəndaşları üçün magistraturada illik təhsil haqqı 2500 AZN, Azərbaycan Respublikasında daimi yaşayan və əvvəllər magistratura səviyyəsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almış əcnəbilər üçün, həmçinin vətəndaşlığı olmayan və ya Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olmayan əcnəbilər üçün isə illik 1800 ş.v. (şərti vahid) təşkil edir. 

DİM tərəfindən keçirilən imtahanlarda toplanan ballar qəbul sınaqlarında toplanan ballara əlavə edilmir. Bu nəticələr yalnız müsahibədən uğurla keçdikdən sonra Filial tərəfindən təşkil olunan qəbul sınaqlarında iştirak hüququ verir və yekun nəticəyə təsir göstərmir. 

Qəbulda iştirak edən bütün şəxslər qəbul sınaqlarında topladıqları ballar əsasında və qəbul planına uyğun olaraq, ümumi müsabiqədə iştirak edirlər.  

         Qəbulda iştirak edən bütün şəxslər MDU-nun Bakı filialının fakültələrindən birinə  qəbul oluna bilərlər. 

         “Kimya”, “Fizika” və ya “Psixologiya” istiqamətləri üzrə magistraturaya qəbul olmaq istəyən şəxs müsabiqədə bir neçə təhsil proqramı üzrə iştirak edə bilər. Bir neçə təhsil proqramı üzrə müsabiqədə iştirak edən şəxs sənədlərini təqdim edərkən proqram siyahısını prioritet əsasında göstərməlidir (əsas prioritet ixtisası əvvəldə göstərilməlidir). Proqramların ardıcıllığının prioritet qaydasını dəyişmək, həmçinin ərizəyə hər hansı bir dəyişiklik etmək birinci kursa sənəd qəbulunun axırıncı günündən gec olmayaraq mümkündür. Əsas prioritet üzrə təhsil proqramına qəbul olunan şəxs digər təhsil proqramlarına üzrə müsabiqədən çıxarılır. Əsas prioritet üzrə təhsil proqramına qəbul olunmayan şəxs isə göstərdiyi prioritet siyahısına uyğun olaraq digər təhsil proqramları üzrə ümumi müsabiqədə iştirakını davam etdirir.

“Filologiya”  istiqaməti üzrə magistraturaya qəbul olmaq istəyən şəxs istənilən təhsil proqramlarından birinə 1-ci kursa qəbul olmaq haqqında ərizə verə bilər. 

M.V.Lomonosov adına MDU-nun Bakı filialının  magistratura pilləsinə qəbul olunmaq haqqında ərizə qəbulu 18 may – 22 iyun 2026-cı il tarixlərində elektron qaydada keçiriləcək (qeydiyyat 12:00-da yekunlaşacaq). Ərizə Filialın https://msu.edu.az saytında və yaxud DİM-in http://dim.gov.az/ saytında doldurula bilər. 

Miqrasiya xidməti tərəfindən verilmiş daimi (DYİ seriyası) və ya müvəqqəti yaşayış (MYİ seriyası) icazəsi haqqında sənədləri olan xarici vətəndaşlar qeydiyyat zamanı həmin sənədin seriya və nömrəsini göstərməlidirlər. Yuxarıda göstərilən sənədləri olmayan (FİN kodu olmayan) xarici vətəndaşlar elektron qeydiyyat sistemində ümumvətəndaş (xarici) pasportunun məlumatlarını göstərməli və Azərbaycan Respublikası vətəndaşı olmadıqları və Azərbaycan Respublikasında daimi yaşayış icazəsinin olmaması haqqında əllə yazılmış ərizə əlavə etməlidirlər.
              Müsahibənin keçirilmə formatı əyanidir (rus dilində). Müsahibə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Universitet küçəsi, 1 ünvanında (müsahibənin keçirilmə vaxtı: 23 iyun 12:00-da , saat 10.00-da  keçiriləcək imtahan məsləhətindən sonra) olacaqdır. Müsahibədən keçməyən şəxslər qəbul imtahanlarına buraxılmır.

İmtahanın keçirilmə formatı əyanidir. İmtahan Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Universitet küçəsi, 1 ünvanında keçiriləcək. İmtahana gələn şəxs özü ilə aşağıda qeyd olunan sənədləri gətirməlidir: 

1.   Şəxsiyyəti təsdiq edən sənəd;  

2.   Elektron qeydiyyat sistemindən çap olunmuş şəxsi imzası olan buraxılış vərəqəsi.

Qəbul haqqında bütün məlumat, o cümlədən sənəd qəbulu tarixləri, imtahan sınaqları müddəti, siyahılar MDU-nun Bakı filialının saytında yerləşdirilir. 

         Qəbul imtahanları aşağıdakı fənlər üzrə keçiriləcək:

 

mdu2.jpg

Reklam və elan