Səbinə Əliyevanın dəvəti ilə Slovakiya Ombudsmanı ölkəmizdə səfərdədir

post-img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Slovakiya Respublikasının Ombudsmanı Robert Dobrovodski ilə görüşüb.

Görüş zamanı Ombudsman Azərbaycan və Slovakiya dövlətləri arasında müxtəlif istiqamətlərdə, o cümlədən insan hüquqları sahəsində əməkdaşlıq münasibətlərinin mövcud olduğunu məmnunluqla qeyd edib.

Səbinə Əliyeva iki ölkənin Ombudsman təsisatları arasında əlaqələrin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdiyini vurğulayıb.

Müvəkkil ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən islahatlar, Ombudsmanın mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.

Ombudsman Milli Preventiv Mexanizm (MPM) fəaliyyəti çərçivəsində öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışıb, bu müəssisələrə başçəkmələrin həyata keçirildiyini, rəftar və sağlamlıq məsələlərinin araşdırıldığını qeyd edib.

Səbinə Əliyeva Slovakiya Ombudsmanının ölkəmizə səfərinin Azərbaycan Ombudsmanının MPM fəaliyyətinə dair əldə olunmuş təcrübələrin mübadiləsi və əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Slovakiya Respublikasının Ombudsmanı Robert Dobrovodski səmimi qəbula görə Ombudsman Səbinə Əliyevaya təşəkkürlərini bildirib, Azərbaycanın müsbət təcrübəsinin öz ölkəsində tətbiqi ilə bağlı bir sıra məsələlərin mümkünlüyünü qeyd edib.

Görüşdə, həmçinin gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

SonraSlovakiya Ombudsmanı Robert Dobrovodski Vətəndaşların Qəbulu Mərkəzində mövcud şəraitlə tanış olub.

Səfər çərçivəsində Slovakiya Ombudsmanının məhkəmə, qanunvericilik və icra orqanlarında bir sıra görüşləri nəzərdə tutulub.

Sosial həyat